Modern.az

AMEA koronavirusla mübarizəyə qoşuldu

AMEA koronavirusla mübarizəyə qoşuldu

Aktual

30 Yanvar 2020, 14:16

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək.

 

AMEA-dan Modern.az-a verilən məlumata görə, akademiyada müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

 

AMEA-nın idarə, müəssisə və təşkilatlarının həmkarlar təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahə üzrə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı