Modern.az

Bakıda 8 gün əvvəl itkin düşən yeniyetmə tapılıb

Bakıda 8 gün əvvəl itkin düşən yeniyetmə tapılıb

Aktual

6 Fevral 2020, 18:51

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

 

Modern.az-ın məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşayan, Kərimova Səbinə Cümşüd qızı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan, oğlu, 2007-ci il təvəllüdlü Kərimov Nicat Rafael oğlu yanvarın 29-da yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. 

 

Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı