Modern.az

Bakı sakinindən 6 kq narkotik götürüldü

Bakı sakinindən 6 kq narkotik götürüldü

Güncel

10 İyun 2020, 11:50

Bakıda narkotacir saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

 

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki yarımtikililərin birində gizlətdiyi  6 kiloqram 733 qram marixuana da aşkar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı