Modern.az

İctimai işlərə cəlb olunanlar elektron nəzarət vasitəsi gəzdirəcək

İctimai işlərə cəlb olunanlar elektron nəzarət vasitəsi gəzdirəcək

مورد توجه

19 İyun 2020, 13:55

Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslərin elektron nəzarət vasitəsi gəzdirməsi təklif olunur.

 

Modern.az-ın xəbərinə görə, bu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə təklif edilən maddəyə əsasən, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı