Modern.az

Hövsana suyun verilməsi dayandırıldı

Hövsana suyun verilməsi dayandırıldı

Aktual

6 İyul 2020, 17:45

Qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.

 

“Azərsu” ASC-dən Modern.az-a bildirilib ki, hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı