Modern.az

Prezident İlham Əliyev Türkiyəyə gedib

Prezident İlham Əliyev Türkiyəyə gedib

Current

26 İyun 2012, 00:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Modern.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Atatürk Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı