Modern.az

Neftçalada qadın məsələləri...

Neftçalada qadın məsələləri...

Aktual

26 İyul 2012, 17:37

USAİD-in maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi  çərçivəsində 25 iyul 2012-ci il tarixdə Neftçala şəhərində Təhsil Resurs Mərkəzində “Qadınlar Arasında Həmrəylik” İB və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən  “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması:  mövcud vəziyyət və yeni imkanların axtarışı”  mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon Məşğulluq Mərkəzinin rəhbərliyi, xanım bələdiyyə sədrləri və üzvləri, məktəb direktorları,  müxtəlif dövlət orqanlarında vəzifə tutan qadınlar,  həkimlər, yerli QHT və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qadın hüquq və azadlıqlarının təsbit olunduğu beynəlxalq sənədlər, konvensiyalar, Azərbaycan Demokratik Respublikası dövründən bu günümüzə qədər qadınların hüquqlarının qorunması, qadın iştirakçılğının dəstəklənməsi, gender bərabərsizliyinin aradan qaldırılması məqsədilə atılan addımlar barədə ətraflı məlumat verib. Həmçinin, BMT-nin Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası (CEDAW),  BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi tərəfindən Konvensiyanın icarsı ilə bağlı Azərbaycana verilən son tövsiyyələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. Onun sözlərinə görə, Komitə qadınların əlverişsiz vəziyyətdə olduğu,  qadın təmsilçiliyinin aşağı səviyyədə olduğu sahələrdə müvəqqəti xüsusi tədbirlər həyata keçirməyə və zərurət yarandıqda prosesin sürətləndirilməsi üçün əlavə resurslar ayırmağı tövsiyyə edir.  Komitə həmçinin, dövlət və eyni zamanda özəl sektorda geniş tətbiq edilməsi üçün müvəqqəti xüsusi tədbirlərin əhatə dairəsini genişləndirməyə çağırır.  Komitə kənd rayonlarında  qadınların asılı vəziyyətdə vəziyyətdə olması, kişi və qadınların rolu ilə bağlı geniş yayılmış təsəvvürlərin, steriotiplərin aradan götürülməsi üçün öz səylərini fəallaşdırmağa çağırır. Komitə qadınaların əməyinin bərabər qiymətlərindirilməsi  və bərabər məvaciblərin verilməsinə nəzarət mexanizmi yaratmağı tövsiyyə edir.

Ə.Nuriyev qeyd edib ki, qadınların Azərbaycan cəmiyyətində daha da layilqi yer tutması, onların ictimai-siyası proseslərə daha fəal cəlb edilməsinə nail olunması üçün Komitətinin tövsiyyələri diqqətlə öyrənilməli və həyata keçirilməlidir.

Tədbirdə “Azərbaycan cəmiyyətində qadınların rolu” mövzusunda məruzə ilə çıxış edən Neftçala rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıxova bildirib ki, ölkəmizdə qadın azadlığı uğrunda mübarizənin zəngin ənənələri var. Bu gün də bu proses davam etməkdədir. Bi istiqamətdə təşəbbüslər hər zaman Azərbaycan cəmiyyəti tərəfindən fəal şəkildə dəstəklənir. O, həmçinin, Neftçala rayonunda qadınların ictimai-siyasi həyatda rolu, qadın iştirakçılığının dəstəklənməsi üçün görülən tədbirlər barədə məlumat verilib. O, bildirib ki, təhsil işçilərinin 1210,  səhiyyə işçilərinin 793,  mədəniyyət sahəsində çalışan 541 nəfərin 341-ni  xanımlat təşkil edir. Bu sahədə 64 xanım rəhbər vəzifələri tutur. Bələdiyyə sədrlərindən, ikisı xanmdır. 2 ərazi-inzibatı nümayəndəliyinə, 8 orta məktəbə xanım rəhbərlik edir, icra hakimiyyətində 5 nəfər xanım çalışır.  16 məktəbəqədər tərbiyyə müəssisəsinin hamısının rəhbəri xanımlardır. Azərbyacanda 35 rayonda icra hakimiyyəti başçılarının müavinlərindən biri xanımdır, onlardan biri də Neftçaıa rayonudur.

G.Sadıxovanın sözlərinə görə, Neftçala rayonunda qadınlat ictimai-siyası həyatda fəal rol oynayırlar, yerli rəhbərlik isə onların potensialının daha geniş şəkildə reallaşmasına çalışır.

Nefçala rayon Məşğulluq Mərkəzinin direktoru Valeh Tağıyev “Neftçala rayonunda qadınların məşğulluğu, əməyə cəlb olunma,  əmək hüquqlarına münasibət zamanı ayrı-seçkiliyin qarşısının alınması” mövzusunda məruzə edib. Onun sözlərinə görə, rayon Məşğulluq mərkəzi tərəfindən 2012-ci-ilin I yarımilliyində 197 nəfər daimi iş yeri ilə təmin olunub, onların 50,3 faizini qadınlar təşkil edib.  
2012-ci-ilin I yarımilliyində 298 nəfər işaxataran qeydiyyata alınıb, onlardan 136 nəfərini qadınlar təşkil edib. Qadınların iqtisadi fəallıq səviyyəsi şəhərlərə nisbətən kəndlərdə daha yüksəkdir. Ticarət və və məişət xidməti sahəsində çalışan qadınların sayı kişilərə nisbətən yüksəkdir. Səhiyyə, sosial xidmət, təhsil sahəsində çalışanların 69 faizini qadınlar təşkil. Əmək bazarında qadınların rəqabət qabiliyyəti kişilərlə müqayisədə xüsusi olaraq peşəkar təhsil səviyyəsi baxımdan aşağıdır.

Məruzələrdən sonra müzakirələr zamanı qadın iştirakçılığının genişləndirilməsi, onların üzləşdikləri problemlər, çətinliklər, həlli yolları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı