Modern.az

TQDK-dan magistrlərə yeni xəbər

TQDK-dan magistrlərə yeni xəbər

Aktual

14 Avqust 2012, 10:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturanın boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Bildirilib ki, müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2012-cu il avqustun 15-dən 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Xatırladaq ki, müsabiqə 1373 vakant yer üzrə aparılıb. Müsabiqədə iştirak etmək üçün 667 nəfər bakalavr ərizəsində ixtisas seçimi apararaq təsdiqləyib. Onların 579 nəfəri Azərbaycan, 88 nəfəri rus bölməsi üzrə sənəd verib. Ümumilikdə isə növbəti tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistraturalarında 1026 plan yeri boş qalıb.

Anar RÜSTƏMOV  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı