Modern.az

Şirvanda ev partladı: xəsarət alan var

Şirvanda ev partladı: xəsarət alan var

Aktual

26 Noyabr 2012, 10:06

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə, mənzilin eyvanının şüşələri qırılmış, evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.  Yaralılar dərhal xəstəxanaya aparılıblar.

Partlayışdan sonra yanğın hadisəsi olmayıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı