Modern.az

Xocavəndə qanunsuz daxil olan sürücü saxlanıldı

Xocavəndə qanunsuz daxil olan sürücü saxlanıldı

Aktual

28 Dekabr 2021, 10:41

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda “Mersedes” markalı yük avtomobilinə “saxla” işarəsi verilib. Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.
Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı