Modern.az

Bakıda yanğın - Xəsarət alan var

Bakıda yanğın - Xəsarət alan var

Aktual

12 Yanvar 2022, 19:42

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 10 m² sahədə yanıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım briqadasına təhvil verilib. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı