Modern.az

Astara sakinində qanunsuz silah aşkarlandı

Astara sakinində qanunsuz silah aşkarlandı

Aktual

13 Yanvar 2022, 18:50

Astara sakinində qanunsuz odlu silah aşkarlanıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini T.Ağayevdən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Həmin silah aidiyyəti üzrə təhvil verilib. T.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Astara Rayon Məhkəməsinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı