Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də uşaq bağçasında azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.
Modern.az-ın məlumatına görə, bu barədə Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır, fakt nəzarətə götürülüb.