Modern.az

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı

Aktual

16 Yanvar 2022, 11:58

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Evoğlu kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

 

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Bərdə rayon sakinləri Baloğlan Həsənov və Mayis Babaşov saxlanılıblar.

 

 

Həmin şəxslərdən 2 ov tüfəngi, patronlar və ovladıqları çöl heyvanları aşkar edilib.

 

 

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı