Modern.az

Şuşaya avtobus reysləri şənbə-bazar günləri olacaq - Xidmət rəisi

Şuşaya avtobus reysləri şənbə-bazar günləri olacaq - Xidmət rəisi

Aktual

24 Yanvar 2022, 08:03

Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün azad olunmuş ərazilərə ilk avtobus reysinin açılış mərasimində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

 

O bildirib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama 2 reys, 4 reys isə Əhmədbəylidən start verib.

 

"Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək.

 

Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək", - deyə A. Rzayev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı