Modern.az

Rüşvət cinayətləri 2 dəfədən çox artıb - Baş Prokuror

Rüşvət cinayətləri 2 dəfədən çox artıb - Baş Prokuror

Aktual

24 Yanvar 2022, 11:22

 

“Ötən il Azərbaycanın rayon prokuorluqlarında vəzifə cinayətləri ilə bağlı bir sıra cinayət işi başlanılıb”.

 

Modern.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

 

O deyib ki, rüşvət alma və rüşvət vermə cinayətləri ötən illərə nisbətən 2021-ci ildə 2 dəfə artıb.

 

Baş prokurorun sözlərinə görə, 2021-ci ildə rayon prokurorluqlarında ümumilikdə 2061 cinayət işi açılıb. K.Əliyev vurğulayıb ki, rayon prokurorluqları 633 cinayət işininin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı