Modern.az

Məhkəmə eks-müdafiə nazirini buraxmadı

Məhkəmə eks-müdafiə nazirini buraxmadı

Aktual

24 Yanvar 2022, 12:04

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

Modern.az Ermənistan Mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı ümumi yurisdiksiya məhkəməsinin hakimi Manvel Şahverdyan qəbul edib. Keçmiş müdafiə nazirinin vəkili Sergey Hovhannisyanın jurnalistlərə deyib ki, eyni işdə iştirak edən digər yüksək vəzifəli məmurlar da həbsdə qalacaqlar.
 

Vəkillər Apellyasiya Məhkəməsinə şikayət verəcəklərini bildiriblər.
 

Keçmiş müdafiə naziri David Tonoyan silahsursat tədarükü zamanı sui-istifadədə ittiham olunur, o, ötən il sentyabrın 30-da həbs edilib.
 

Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini icra edən Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan, Aviasiya Texniki Mülkiyyət Xidmətinin rəisi Artem Ambaryan, Aviasiya İdarəsinin baş mühəndisi Vladimir Babayan, həmçinin silah tədarükçüsü David Qalstyan da bu işdə təqsirləndirilirlər.
İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dollar mənimsəməkdə ittiham edir. Onlar öz günahlarını etiraf etmirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı