Modern.az

Rusiyalı ekspert: “Biz Ukrayna ilə müharibə istəmirik” - ÖZƏL

Rusiyalı ekspert: “Biz Ukrayna ilə müharibə istəmirik” - ÖZƏL

Aktual

24 Yanvar 2022, 16:37

Hazırda dünyanın diqqət mərkəzində olan müharibə ocaqlarından bir də Rusiya və Ukrayna sərhədidir. İki ölkə arasında yenidən gərginləşən münasibətlər postsovet məkanında növbəti dəhşətli savaşın başlanması ilə müşayiət edilə bilər. Eyni zamanda məsələyə kənar təsirlərin kifayət qədər çox olması da toqquşmanı qaçınılmaz edən amil hesab olunur.

 

Rusiya-Ukrayna müharibəsi baş verərsə, nəticəsi necə olacaq?

 

Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin iki ölkə arasında vəziyyətin gərginləşməsinin səbəblərini eksklüziv olaraq Modern.az-a şərh edib.

 

Politoloqun sözlərinə görə, müharibə təhlükəsi ilə bağlı bəyanatlar əsasən Amerika və Ukrayna mediasından eşidilir:

 

“İki dövlətin arasında vəziyyətin gərginləşməsini media daha da gücləndirir. Biz son vaxtlar bunun şahidi oluruq. Məncə, bunun Rusiya tərəfdən heç bir əsası yoxdur. Rusiya rəhbərliyi bir neçə dəfə bəyanatla çıxış edib ki, bizim tərəfdən müharibə təhlükəsi yoxdur. Amma Amerika rəsmiləri artıq kiçik və böyük müharibələrlə bağlı bir sıra proqnozlar veriblər. Bununla bərabər sanksiyalar paketlərini də hazırlayıblar. Əslində Qərb belə hərəkətlərlə ya Donbassdakı demarkasiya xəttində, ya da Belarus və ya Krımla sərhəddə təxribat mənbəyi olacaqlar. Ukraynalılar da təbii olaraq əmrə əməl edəcəklər".

 

Rusiyalı ekspert hesab edir ki, müharibə mövzusunda aktivliyi ilə seçilən Amerika tərəfi Rusiyaya qarşı informasiya savaşı aparır:

 

“ABŞ belə olan halda, sadəcə olaraq, bu istiqamətdə informasiya müharibəsini dayandırmalıdır. Göründüyü kimi, bütün bu iğtişaşlar yalnız Vaşinqton və Kiyevə lazımdır. Rusiyaya gəldikdə isə biz müharibəyə hazırlaşmırıq və müharibə istəmirik. Amma Ukrayna qoşunlarının Donetsk və Luqansk Xalq Respublikalarının əhalisinə hücum edəcəyi təqdirdə, Rusiya qoşunları təbii ki, Rusiya vətəndaşlarını, respublikaların sakinlərini qorumaq məqsədi ilə buna cavab verəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı