Modern.az

Macar şirkətləri Qarabağın bərpasına cəlb olunur

Macar şirkətləri Qarabağın bərpasına cəlb olunur

مورد توجه

3 Fevral 2022, 16:03

Bu gün mənimlə Azərbaycana 24 macar şirkəti gəlib. Bütün bu şirkətlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpa prosesində iştirak etməyə hazırdır.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, macar şirkətləri ərazilərin infrastrukturunun bərpasında, su təchizatının qurulmasında, alternativ enerji mənbələrindən istifadə üçün avadanlıq istehsal edən müəssisələrin tikilməsində, mədəniyyət və dini abidlərin bərpasında iştirak etməyə hazıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı