Modern.az

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

مورد توجه

6 Fevral 2022, 07:52

Rusiyanın Saxalin adasının şimalında 5,3 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.

 

"Fevralın 6-da yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 01:18) 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Noqliki rayonunun Val kəndindən 32 kilometr şərqdə, ocağı 17 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

 

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı