Modern.az

Zelenski Ərdoğana və xanımına şəfa dilədi

Zelenski Ərdoğana və xanımına şəfa dilədi

Aktual

6 Fevral 2022, 14:21

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə son səfərindən sonra koronavirusa yoluxmuş türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın tezliklə sağalmasını arzulayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün tviter səhifəsində yazıb.

 

“Həyat yoldaşım Yelena ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxmasını təəssüflə öyrəndik. Dostlarımız cənab Ərdoğana və Əminə xanıma tezliklə sağalmalarını arzu edirik!”. 

 

Qeyd edək ki, Ərdoğanla xanımı koronavirusun “omicron” ştamına yoluxublar. Türkiyə Prezidenti açıqlamasında xəstəliyi yüngül keçirdiklərini və evdən işləməyə davam etdiyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı