Rusiyanın paytaxtı Moskva şəhərində tanınmış diplomat Ramiz Abutalıbovun anım gecəsi keçirilib.
Modern.az-ın xəbərinə görə, anım gecəsində Rusiyanin tanınmış şəxsləri ilə bərabər professor Solmaz Tohidi, Mədəniyyət nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov , "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyyətinin üzvü kinorejissor Tahir Tahiroviç və digər şəxslər iştirak ediblər.