Modern.az

Bacı-qardaşın qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB

Bacı-qardaşın qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB

مورد توجه

6 Fevral 2022, 20:55

Goranboy rayonunda bacı-qardaşın qətlinin bəzi təfərrüatları məlum olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Goranboy rayon sakinləri, 1970-ci il təvəllüdlü Pərviz Rəcəb oğlu Namazov və 1960-cı il təvəllüdlü Səlmi Rəcəb qızı Namazova rayonun Qarasüleymanlı kəndində, Goran çayının yaxınlığındakı torpaq sahəsində olan zaman rayon sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevlə mübahisələri yaranıb. Mübahisəyə səbəb elə hadisənin törədildiyi yerdəki torpaq sahəsi olub.

 

İ.Haqverdiyev torpağın məhkəmə qərarı ilə ona məxsus olduğunu iddia edərək avtomobilindəki bıçağı götürərək bacı-qardaşı boyun və digər nahiyələrdən bıçaqlayıb. Hər iki şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.

 

Qətli törətməkdə şübhəli bilinən İ.Haqverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

***

18:26

 

Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub.

 

Modern.az xəbər verir ki, bıçaqlanaraq öldürülən şəxslər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

 

Hadisəni törədən şəxs mərhumların həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

 

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir. O, polis tərəfindən saxlanıb.

 

***

Goranboyda qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

 

İlkin məlumata görə, hadisə torpaq mübahisəsi zəminində baş verib və 2 nəfər bıçaqlanaraq öldürülüb. Ölənlərin bacı və qardaş olduğu bildirilir.

 

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı