Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə fevralın 2-də rayon ərazisindəki mebel mağazalarının birində satıcı, Bakı şəhər sakini Ş.Mahmudovanın içərisində 1500 manat olan pulqabısınını oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.
Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.