Modern.az

İsmayıllıda orta məktəbdə QƏTL

İsmayıllıda orta məktəbdə QƏTL

Aktual

11 Fevral 2022, 12:30

İsmayıllı rayon Basqal kənd tam orta məktəbində qətl hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli subaydır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Qətli törədən şəxs hadisə yerindən qaçıb. 

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı