Modern.az

80-ə yaxın bələdiyyə sədri məsuliyyətə cəlb edilib

80-ə yaxın bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Aktual

11 Fevral 2022, 19:31

2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

 

Qeyd olunub ki, 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb.

 

Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı