İraqda briqada generalı Rübeyinin bir qrup əsgərlə Sincar rayon meydanına gələrək Öcalan posterinin terror təşkilatı tərəfdarları tərəfindən asılmasına reaksiya verdiyi anlar kameralara düşüb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, PKK liderinin posterinin endirildiyi ərazidə İraq bayrağını asan Rübeyi terrorçulara heç bir güzəşt edilməyəcəyini vurğulayıb.
Rübeyi əlində İraq bayrağı ilə Sincar xalqına müraciət edərək deyib: “Sincarda hər kəs məni yaxşı eşitsin. Briqada komandiri olaraq burada İraq bayrağını asacağam. Allah şahid olsun, Öcalanın posterini asanları bu meydanda asacağam. Mən burada terrorçulara mübarizə aparan komandirəm. Burada qanunu pozanların başını əzəcəyəm”.
Turqay Musayev