Modern.az

İraqda ABŞ əsgərlərinə silahlı hücum

İraqda ABŞ əsgərlərinə silahlı hücum

Aktual

13 Fevral 2022, 12:35

ABŞ-ın İraqdakı hərbi hissələrinə məxsus maşın karvanı silahlı hücuma məruz qalıb.

 

Modern.az  İraqın “Alfora news” agentliyinə istinadla xəbər verir ki, əs-Səmave bölgəsində yerləşən hərbi hissəyə ərzaq və digər ləvazimatlar aparan maşınlara silahlı hücum olub. 

 

 Hadisə zamanı ABŞ əsgərləri arasında tələfat olmasa da, hərbi texnikaya ciddi zərər vurulub.

 

Məlumatda bildirilib ki, son həftə ərzində İraqın Divaniyə, Səlah-əd-Din, Di-Kar bölgələrindəki hərbi hissələrə də silahlı hücumlar edilib.

 

Qeyd edək ki, İraq ictimaiyyəti, siyasi və dini qruplaşmalar ABŞ əsgərlərinin ölkədən çıxarılmasını tələb edirlər. Ötən il İraq parlamenti ABŞ hərbçilərinin ölkədən çıxarılmasını təmin edən qanun qəbul edib. Rəsmi Vaşinqton hərbçilərini İraqdan çıxarmağa söz versə də, hələlik bu işi görməyə tələsmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı