Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Qurumun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu günün rəqəmi 71-dir.
Belə ki, 2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.