Modern.az

Sumqayıtda mebel mağazasında YANĞIN

Sumqayıtda mebel mağazasında YANĞIN

Aktual

14 Fevral 2022, 13:55

Sumqayıt şəhərində mebel mağazasında yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 1200 m² (hər mərtəbəsi 600 m²) olan ikimərtəbəli mebel mağazasının zirzəmisində, sahəsi 12 m² olan texniki otaqda quraşdırılan 10 ədəd elektrik açarı və 6 p.m kabel yanıb. Otağın qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı