Modern.az

Azərbaycana 42 nəfər readmissiya olunub

Azərbaycana 42 nəfər readmissiya olunub

Aktual

16 Fevral 2022, 10:12

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan 39 nəfər Almaniya Federativ Respublikasından, 3 nəfər isə Avstriya Respublikasından ölkəyə geri qəbul edilib.

 

Bu barədə Modern.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

 

Qeyd olunub ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib:

 

"Fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı