Modern.az

30 manata görə sürücünü bıçaqla HƏDƏLƏDİLƏR

30 manata görə sürücünü bıçaqla HƏDƏLƏDİLƏR

Актуально

16 Fevral 2022, 10:35

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi “Fiat” markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.


Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı