Kosmik turizm xidmətləri göstərən Virgin Galactic şirkəti kosmosa uçuşları bərpa edir. Modern.az xəbər verir ki, artıq bilet satışına da başlanıb. Şirkət bəyan edib ki, uçuşa hazırlıq müddətində kosmodromdakı bütün xərclər daxil biletin qiyməti 450.000 dollardı.
Bu il təxminən 1000 reysin gerçəkləşəcəyi bildirilib. Uçuş müddəti 90 dəqiqə olacaq.
Ötən ilin yayında Virgin Galactic-in rəhbəri, britaniyalı milyarder Riçard Bransonun rəhbərlik etdiyi heyət 17 illik hazırlıqdan sonra dünyada ilk dəfə kosmosa turist uçuşunu həyata keçirib.
Uçuş 10 dəqiqə çəkib. Onların gəmisi kosmik orbitin sərhəddinədək, 90 km məsafəyədək yaxınlaşa bilmişdi.
Ondan cəmi 9 gün sonra, “Amazon”un keçmiş rəhbəri Ceff Bezos Blue Origin şirkətinin “New Shepard” gəmisi ilə kosmosa uçmuşdu. O, dəniz səviyyəsindən 107 km məsafəyə qalxmaqla, kosmik sərhəd hesab olunan Karman xəttini keçərək 11 dəqiqə kosmosda olmuşdu.