Modern.az

DİN Paşa Umudovun iddialarına cavab VERDİ

DİN Paşa Umudovun iddialarına cavab VERDİ

Aktual

18 Fevral 2022, 18:18

Məhkəmənin 7 avqust 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bakı şəhər sakini Paşa Umudov həbsindən təminən 2 il keçəndən sonra apellyasiya şikayəti verərək bildirib ki, o vaxt ona elan olunmuş narkotik ittihamı saxtadır. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin oktyabr ayında o, saxlanılarkən özünün də etiraf etdiyi kimi hal şahidlərinin və vəkilin iştirakı ilə onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb.

 

"Həmin vaxt Paşa Umudov özü də səmimi şəkildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və 3 nəfər tanışı da P.Umudovdan istifadə üçün narkotik vasitə almalarını təsdiq etmişdilər", - deyə açıqlamada qeyd olunub.

 

Xatırladaq ki, Paşa Umudov AXCP sədri Əli Kərimlinin sürücüsüdür.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı