Modern.az

Bir ailənin məhv olduğu yol təmir edilir

Bir ailənin məhv olduğu yol təmir edilir

مورد توجه

20 Fevral 2022, 12:18

Sumqayıtda dəhşətli qəzanın baş verdiyi yolda təmir işləri aparılır.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Bildirilir ki, işlər Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində aparılır. Burada olan çökəkliklərə asfalt döşənir. Bunun üçün əraziyə xüsusi texnika cəlb edilib.

 

Xatırladaq ki, yolun bu hissəsində, fevralın 17-də avtomobil körpüdən aşıb. Nəticədə sürücü, 37 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı