Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə nazir tviter hesabında yazıb.
“Bu gün COVID-19 testim pozitiv çıxdı. Tam peyvənd olunmuşam, səhhətim yaxşıdır, həmd olsun, xəstəliyi yüngül keçirirəm. İşlərimə bir müddət evdən davam edəcəyəm. Rəbbim xəstələrimizə şəfa versin. Vaksinlərə etimadsız yanaşmayaq”, - B.Pakdemirli qeyd edib.