Modern.az

Rusiyanın yeni COVID statistikası

Rusiyanın yeni COVID statistikası

Current

23 Fevral 2022, 15:26

Rusiyada son 24 saat ərzində 137 642 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Antikoronavirus böhran mərkəzindən jurnalistlərə verilən açıqlamada bildirilib.

 

Qeyd edilib ki, infeksiyaya yoluxanların ümumi sayı 15 795 570-ə çatıb.

 

Son sutkada COVID-19 diaqnozu qoyulan 796 nəfər dünyasını dəyişib. Bununla da ölkədə virusdan ölənlərin sayı isə 347 816 nəfərə çatıb.

 

Böhran mərkəzinin məlumatına görə, yeni yoluxmaların nisbi artımı hazırda 0,88% səviyyəsindədir.

 

Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı