Türkiyədə son sutkada koronavirusdan 268 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat paylaşıb.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 464 085 nəfərin test edildiyi, 86 600 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 95 526 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.