Modern.az

Samir Şərifov Yunanıstana gedir

Samir Şərifov Yunanıstana gedir

Aktual

24 Fevral 2022, 10:33

Fevralın 25-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci Xüsusi Toplantısı keçiriləcək.

 

Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda Rəhbərlər Şurasına sədrlik Azərbaycanda olduğu üçün sözügedən növbədənkənar toplantı QDTİB-nin Azərbaycan üzrə Rəhbəri qismində maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulur.

 

Növbədənkənar toplantının gündəliyində duran əsas məsələ isə 2022-2026-cı illər üzrə Bankın növbəti prezidentinin seçilməsidir.

 

QDTİB-nin Rəhbərlər Şurasının növbəti — 24-cü İllik Toplantısı cari ilin iyun ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçiriləcəkdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı