“Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalarda iştirak etməyəcək”.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
“Biz beynəlxalq tərəfdaşlarımızın Ukraynada münaqişənin başlanmasından sonrakı fəaliyyəti ilə tanış olmuşuq. Mən iqtisadi və maliyyə sanksiyalarını nəzərdə tuturam. Aydın və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, milli maraqlarımızı və əhalinin maraqlarını nəzərə alaraq maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyəcəyik. Bu, ancaq ölkəyə və əhaliyə zərər vuracaq. Mən bizim ölkəmizin əhalisi üçün məsuliyyət daşıyıram”, - İrakli Qaribaşvili deyib.