Modern.az

Ukrayna meyitləri çıxarmaq üçün kömək istədi

Ukrayna meyitləri çıxarmaq üçün kömək istədi

مورد توجه

26 Fevral 2022, 15:11

Beynəlxalq Qızıl Xaç Komitəsi işğal zamanı indiyədək öldürülən minlərlə rusiyalının cəsədini Rusiyaya təhvil verməlidir.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk bildirib.

 

“Bunlar minlərlə işğalçı cəsədidir. Bu, humanitar ehtiyacdır. İşğalçıların cəsədlərinin ərazimizdən çıxarılıb Rusiya Federasiyasına göndərilməsini xahiş edirik”.

 

O, birbaşa BQXK-ya müraciət edərək, "bu humanitar problemi həll etmək üçün lazım olanı edin", deyib.

 

Xatırladaq ki, bundan əvvəl Ukrayna rəsmiləri 3500-dən çox rus əsgərinin öldürüldüyünü bildirib. Rusiya tərəfi isə hələlik itkilərini açıqlamayıb.

 


Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı