Belarus ərazisindən Ukraynaya atılan raket zərərsizləşdirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargah İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bir neçə dəqiqə əvvəl Tu-22 təyyarəsi ilə Belarus Respublikası ərazisindən Ukraynanın paytaxtına atılan qanadlı raketi havada zərərsizləşdirib:
"Bu, Belarus Respublikası və Rusiya Federasiyasının növbəti hərbi cinayətidir".