Britaniyanın “kölgə xarici işlər naziri” Devid Lammi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya səfirinin ölkədən çıxarılmasını tələb edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Devid Lammi özünün sosial şəbəkə hesabında bildirib.
"Vladimir Putinlə münasibətlərimizi yaxın həftələrdə bərpa etmək çox çətin olacaq. Biz Rusiya səfirinə ölkəni tərk etməsini tələb etməliyik", - Lammi Sky News telekanalının efirində deyib.