Ukrayna Belarusun Qomel şəhərində Rusiya ilə danışıqlar aparmağa razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
"Rusiya nümayəndə heyəti ora gedir", - Medinski deyib.
Qeyd edək ki, Vladimir Medinski Qomeldəki Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Ukraynanı isə danışıqlarda xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.