Modern.az

Ukraynalı nazir Çindən Moskvanı durdurmağı xahiş etdi

Ukraynalı nazir Çindən Moskvanı durdurmağı xahiş etdi

Aktual

2 Mart 2022, 12:37

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın tərəfdaşı Çinin xarici işlər naziri Vanq Yi ilə telefonla danışıb.

Modern.az xəbər verir ki, Çinin xarici işlər naziri ölkəsinin Ukrayna torpaqlarında müharibəni diplomatiya yolu ilə dayandırmaq üçün bütün səyləri göstərməyə hazır olduğunu əmin edib.

Kuleba çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün inkişafı, mülki infrastrukturun atəşə tutulması və dinc sakinlərin öldürülməsi barədə ətraflı məlumat verib. O, Vanq Yidən Rusiyanı Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək üçün Pekin və Moskva arasında münasibətlərin səviyyəsindən istifadə etməyi xahiş edib.

Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək, ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanın əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq.

Ekspertlər deyirlər ki, rəsmi Pekin də yaranmış durumdan narahatdır. Pekin nə qədər Kremlin tərəfdaşı olsa da, Avropada qarışıqlıq istəmir. Çünki Çin üçün ən böyük bazarlardan biri Avropadır. Köhnə qitənin mərkəzində başlanan müharibə Çinin iqtisadi maraqlarına ziddir. Çinin Ukrayna ilə də anlaşmaları var. Bu anlaşmalar iqtisadi və ticarət sahələrini əhatə edir. Çin Ukraynanın zəngin torpaqlarından kənd təssərrüfatı mallarının idxalı üçün istifadə etməyi planlaşdırırdı. Rusiyanın Ukraynaya müdaxiləsi Pekinin bu planlarını təhlükə altına alıb.
Buna baxmayaraq, Pekin Kremlə mane olmaq istəmir, işğalı səssiz müşahidə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı