Modern.az

Bu ölkə də Rusiyaya sanksiyalar tətbiq etdi

Bu ölkə də Rusiyaya sanksiyalar tətbiq etdi

Aktual

5 Mart 2022, 09:12

Sinqapur Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

“Biz ukraynalılara zərər vurmaq və ya onları tabe etmək üçün bilavasitə silah kimi istifadə oluna bilən, eləcə də kiber əməliyyatlara töhfə verə biləcək əşyalara ixrac nəzarəti tətbiq edəcəyik”, - deyə XİN bəyan edib.

 

Sanksiyalara əsasən Sinqapur gömrüyü Rusiyaya hərbi mallar, elektronika, kompüterlər və “Telekommunikasiya və İnformasiya Təhlükəsizliyi” kimi siyahıda göstərilən əşyalarla bağlı bütün icazə ərizələrini rədd edəcək.

 

Sinqapurdakı maliyyə institutlarına VTB Bank, VEB.RF, Promsvyazbank və Bank Rossiya kimi Rusiyanın iri maliyyə qurumları ilə əməliyyatlar aparmaq və ya işgüzar əlaqələr qurmaq qadağan ediləcək.

 

Bundan əlavə, Sinqapur Rusiya hökuməti və Rusiya Mərkəzi Bankı, eləcə də onlara məxsus hər hansı bir qurum üçün əməliyyatlar və ya maliyyə vəsaitinin toplanmasının asanlaşdırılmasını qadağan edir.

 

Eyni zamanda Sinqapur separatçı Donetsk və Luqansk bölgələrində nəqliyyat, telekommunikasiya və enerji sektorunda maliyyə xidmətləri göstərməyi bloklayacaq.

 

Rəqəmsal ödəniş nişanı xidmət təminatçılarına “bu maliyyə tədbirlərindən yan keçməyə kömək edə biləcək” hər hansı əməliyyatları asanlaşdırmaq qadağan olunub.

 

Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı