Gürcüstanın Qori bələdiyyəsinin Variani kəndində sovet lideri İosif Stalinin heykəlinin başı kəsilib.
Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.
Bildirilib ki, Stalinin heykəli bu yaxınlarda Varianda qırmızı boya ilə rənglənmişdi.
Qeyd edək ki, heykəl təxminən bir ay əvvəl kəndin girişində yerli əhali tərəfindən ucaldılıb.