Modern.az

Nikolayev yenidən bombalandı

Nikolayev yenidən bombalandı

Aktual

13 Mart 2022, 16:38

Rusiya qoşunları Ukraynanın Nikolayev bölgəsində yaşayış məntəqələrini bombardman edib. Hazırda adıçəkilən ərazidə güclü partlayış səsləri eşidilir.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nikolayevin meri Oleksandr Senkeviç bildirib.

 

"Kaset mərmiləri ilə bombardman olub. Hücumlar iki yaşayış məntəqəsini - Solyanye və Severnını əhatə edib. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb. 13 yaralı var, onlardan 7-si hazırda reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib", - mer açıqlamasında deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı