Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Moskvaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, türkiyəli nazirin sabah Moskvaya səfəri planlaşdırılır.
Qeyd edək ki, ötən gün axşam saatlarında Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.