Modern.az

Blinken Azərbaycana təşəkkür etdi - YENİLƏNİB

Blinken Azərbaycana təşəkkür etdi - YENİLƏNİB

Aktual

15 Mart 2022, 21:20

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

 

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

 

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

 

***

21:02

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Blinken tvitter hesabında paylaşım edib.

 

“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , - deyə Blinken bildirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı